Ərdoğan ABŞ-a getdi
    • 9-07-2024, 11:27
    • 156

Ərdoğan ABŞ-a getdi

Türkiyə prezidenti Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, gənclər və idman naziri Osman Aşkın Bak, Prezident Administrasiyasının rəhbəri Metin Kıratlı, AK Partiya sədr müavini Efkan Ala, Ankara valisi Vasip Şahin və digər əlaqədar şəxslər yola salıblar.

News24.az xəbər verir ki, Ərdoğan və xanımı Əminə Ərdoğan, Xarici İşlər naziri Hakan Fidan, Milli Müdafiə naziri Yaşar Gülər, MİT sədri İbrahim Kalın, Prezidentin özəl katibi Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri səfir Akif Çağatay Kılıç, Prezidentin Müdafiə Sənayesi Prezidenti Haluk Görgün və Prezident Ünsiyyət Direktoru Çağatay Özdemir və AK Partiya Ümumi Başçı Köməkçisi Çiğdem Karaaslan da Vaşinqtona gedib.

Ərdoğanın sammit çərçivəsində bəzi iştirakçı dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Günel Məlikzadə