-
- 3-08-2018, 10:09
- 1 107
Üçqat dünya çempionumuz: 13 il Bakıda kirayədə qalmışıq
Güləş üzrə üçqat dünya, ikiqat Avropa çempionumuz, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarının mükafatçısı Hacı Əliyevin müsahibəsi
– Uşaqlığınız necə keçib?
– I sinfi oxuyanda Bakıda olmuşam. Amma sonra müəyyən səbəblərdən doğulduğum Naxçıvana qayıtmışıq. Məktəbdə çox adamın əvvəldən sonadək uşaqlıq dostu olur. Biz tez-tez məktəbləri, qaldığımız yerləri dəyişdiyimiz üçün mənim belə dostlarım olmayıb. Dostlarım olmadığı üçün şuluqluq da etməmişəm (gülür).
Düzdür, qohum-əqrəba uşaqları ilə bir yerdə olanda dəcəllik etmişik. Amma nə mən, nə də qardaşım heç vaxt dalaşqan olmayıb. IV-V sinifdən sonra atam bizi güləşə qoydu. Həmin vaxt məşqçilərimiz bizi bu idmanda nəticə göstərməyə yönəltdi.
– Niyə güləşi seçdiniz?
– Atam özü güləşçi olub. Hətta onun tələbələri yeniyetmələr üzrə dünya çempionatında mübarizə aparıb. Görünür, onun arzusu olub ki, biz böyüyəndə güləşə yönəltsin. Yəqin ki, Naxçıvanda qalsaydıq, nəticə əldə edə bilməyəcəkdik. Məhz idmana görə Naxçıvandan Bakıya köçdük.
– Bakıya gəlişiniz nə vaxta təsadüf edib?
– 1999-2000-ci illərə. Düzdür, həmin dövrdə sıxıntılarımız çox olub. 13 ilə yaxın Bakıda kirayə evlərdə qalmışıq.
– Qardaşınız Yaşar Əliyev də güləşçi olub. O, niyə sizin uğurlarınızı yaşaya bilmədi?
– O, məndən iki yaş böyük olduğu üçün nəticəni məndən qabaq verməyə başlamışdı. Məsələn, gənclərin dünya və Avropa çempionatlarında medal qazandı. 2013-cü ildə Gürcüstanda böyüklər arasında Avropa çempionatı olanda Yaşar bürünc medal qazandı, mən isə yer tuta bilmədim.
Yəni ailəmizə böyüklər arası mötəbər turnirdən ilk medalı qazandıran Yaşar olub. Amma 2014-cü ildən sonra medalların sayında mən onu keçməyə başladım (gülür). Özü də etiraf edir, məncə, onda bir az tənbəllik nəticələrin ardının gəlməsinə mane oldu. Məsələn, mən durub məşq edən vaxt Yaşar oyanmırdı, yatırdı. Və ya deyirdi ki, yorğunam, əziyim var, belim ağrıyır.
İnsanın öz istəyindən asılıdır. İstəsəydi, uğurlu çıxış edə bilərdi. Yığmanın məşqi bitəndən sonra bəzən 3-4 gün istirahət verilir. Adam var ki, həmin istirahət günlərində belə, öz tonusunu saxlamaq üçün yarım saat da olsa, məşq edir. Amma adam da var ki, həmin günü əyləncəsinə sərf edir və məşqlər başlayanda əziyyət çəkir.
Hazırda Yaşar yeniyetmə millimizin üçüncü məşqçisidir. 2016-cı ildə Avropa Oyunlarından sonra karyerasını bitirib. 28 yaşı var, millidə ən gənc məşqçidir.
– Üçqat dünya çempionu olmaq müstəqil Azərbaycanın tarixində unikal göstəricidir. Bununla belə, mətbuat sizə az diqqət göstərir. Etiraf edək ki, Olimpiadalarda iştirak etməmiş Rafael Ağayev və Zabit Səmədov sizdən daha populyardır. Bunun səbəbini nədə görürsünüz?
– Yox, burada jurnalistlərlə bağlı bir şey yoxdur. Mən Mətbuat Günündə sizin sayta açıqlamamda demişdim ki, nəticə qazananda hava limanında bizi qarşılayan qohum-əqrəba yox, jurnalistlər olur. Sadəcə olaraq, vaxt azlığı var.
Tez-tez müsahibə verməyə çalışmıram. Həm də qeyri-olimpiya idman növlərində nəticə qazanmaq daha asandır. Ad çəkmirəm, elə idmançılar var ki, 7-8 qat dünya çempionudur. Amma məşğul olduğu idman növünə baxırsan ki... Sonra da hər yerdə bildirirlər ki, bu dəfə də dünya çempionu oldum.
Mətbuat da onu işıqlandırır, beləcə, həmin insan populyarlaşır. Üçüncü dəfə dünya çempionu olanda cənab prezident bizi qəbul etdi. O, görüş zamanı dedi ki, üç dəfə dünya çempionu olmaq Olimpiada qızıl medalına bərabərdir. Buna görə də mənə ayrıca təqaüd ayrıldı.
İndi mən də Olimpiya çempionları kimi həmin təqaüddən alıram. İstədiyim telekanala çıxıb gündəmdə ola bilərəm. Amma bu gün bunun mənə xeyri yoxdursa, bundan uzaq durmaq məsləhətdir. Əsas odur ki, mənə düzgün dəyər verilir və mən bu etimadı doğrultmağa çalışıram.
– Bəlkə də, bunda Olimpiya qızılı çatışmır. O olsa, daha çox tanınarsınız...
– Ona görə də hər il məşqlərimi artırıram ki, 2020-ci ildə Olimpiya çempionu ola bilim. 2014-cü ildə Avropa və dünya çempionu oldum. Onda bəzi insanlar deyirdi ki, bundan sonra arxaya gedəcək, nəticə qazanmayacaq, insan kimi dəyişiləcək. Bu sözlər mənə təsir etmişdi.
Düzdür, idmanda belə insanlar çox olub. Nəticə qazanıb maddi durumunu düzəltdikdən sonra idmanla vidalaşıb. Məndə isə belə deyil. Həmin o sözlər, əksinə, məni qıcıqlandırırdı. Artıq həmin vaxtdan dörd il keçib.
Şükürlər olsun ki, nəticələrim də o vaxtdan uğurlu gəlir. Ola bilər ki, Olimpiya çempionluğundan sonra idmanı dayandırım. Amma bunu dildə deyirəm. Ola bilsin ki, o nəticədən sonra bir az da həvəsim artacaq.
– Olimpiya çempionluğundan sonra karyeranızı bitirmək erkən addım olmayacaqmı?
– Olimpiadadan sonra mənim otuz yaşım olacaq. Güləş üçün isə otuz yaş bitirmək vaxtıdır. Təbii ki, futbolda belə deyil. Futbolda bu yaşdan sonra da oynamaq olur.
– Digər idman növlərindən hansı idmançılarla dostluq edirsiniz?
– Son 1-2 ildə Rafael Ağayevlə yaxşı əlaqələrimiz yaranıb. Karatedə beşqat dünya çempionluğunu qoyuram kənara, o, insan kimi çox fərasətli biridir. Boksda Elvin Məmişzadə ilə çox yaxın dostuq. Cüdoçulardan Orxan Səfərov, Nicat Şıxəlizadə ilə yaxınam. Futbolçulardan Ruslan Abışovla münasibətlərim əladır. Yəni idmançıların hamısı ilə yaxşı əlaqəm var.
– 23 yaşında ailə həyatı qurmusunuz. Evlənmək üçün erkən yaş deyildimi?
– Düzdür, adətən, idmançılar 25-26 yaşdan sonra evlənirlər. Ailədə ata-ananın məsləhəti ilə hərəkət etmək vacibdir. Onların məsləhəti ilə evləndim. Mənə görə, peşəkar idmançı üçün tez ailə həyatı qurmaq ona ziyan etməz, əksinə, onun xeyrinə olar. Çünki gənc olarkən qazandığın maddiyyatı özündən çox, kənara xərcləyirsən.
Amma ailən olanda məsuliyyət hiss edirsən, qazandığının səksən faizini öz ailən, övladın üçün edirsən. Məncə, 29-30 yaşlarında çox gecikirsən. Tez evlənməyim heç vaxt mənə mane olmayıb.
– Üç yaşlı övladınıza İslam peyğəmbərinin həyat yoldaşı olan Aişənin adını vermisiniz. Özünüzün də dini ibadətə riayət etdiyinizi bilirəm. Din sizin üçün nə deməkdir?
– Qazandığım hər şey Allahın yazısının nəticəsidir. 4-5 il əvvəl kirayədə qalırdımsa, indi tam başqa maddi durumdayam. Mənə elə gəlir ki, bunu bizə bəxş edən Allahdır. Allah istəməsəydi, bunlar olmazdı. Məncə, dünyada ən gözəl yaradılış insana aiddir. Bunun qarşılığında bizdən yalnız bir şey istənilir: namaz qılmaq.
İnsanın bir günə namaza sərf etdiyi vaxt heç iyirmi dəqiqə çəkmir. Axirətimiz üçün namaz vacibdir. O biri dünyada mənim dünya çempionu olmağım yox, insanlığım sorğuya çəkiləcək.
Düzdür, kənarda dindən çox danışmaq istəmirəm. Çünki təriqət söhbətləri var deyə, istənilən halda, söhbət mübahisəyə gedib-çıxır. Hər insan öz ağlı, fikri ilə hərəkət edir. Hansı təriqətdə olmağımızdan asılı olmayaraq, namaz qılınması vacibdir.
– Avropa çempionatında İran, ABŞ kimi ölkələrdən rəqiblər olmasa da, cəmi iki dəfə qalib olmusunuz. Dünya çempionatındakı uğuru təkrarlamağa nə mane olub?
– 2015-ci ildə Avropa çempionatının yerinə Bakıda Avropa Oyunları keçirildi. Həmin vaxt zəhərlənmişdim deyə, səhərə qədər yata bilmədim. İlk görüşdə də erməni güləşçi ilə qarşılaşacaqdım.
Düzdür, erməniyə qalib gəldim, amma yarımfinalda Rusiya idmançısına uduzdum. Sonda bürünc medalla kifayətlənməli oldum. 2016-cı ildə Riqadakı Avropa çempionatında əsas rəqibim gürcü güləşçisi idi, o qarşımı kəsdi.
2017-ci ildəki Avropa çempionatına isə mən yox, başqa idmançı göndərildi. Sadəcə 2016-cı ildə uduzmuşam, digərlərində qızıl medal ala bilməməyimin səbəbini sadaladım.
– Ermənilərlə görüşlər sizin üçün xüsusi önəm daşıyırmı?
– Bu, insan psixologiyasından asılı olan bir məsələdir. Adam var ki, gecədən səhərə qədər erməni ilə güləşəcəyi üçün hamıya “görəsən, necə olacaq” deyir. Məndə isə əksinə olur. Erməni ilə düşdüyüm üçün özlüyümdə fikirləşirəm, heç kimə heç nə demirəm.
Erməni də adi adamdır. Düzdür, çox vaxt bizə uduzurlar. Sadəcə, ermənilərlə güləşəndə “ona qalib gəlsəm, dünya və ya Olimpiya çempionu olacağam” düşüncəsi ilə mübarizə aparmalısan. Bu günədək beş və ya altı dəfə erməni rəqibimlə düşmüşəm, hamısında da qalib gəlmişəm.
– İndiyədək ən güclü, sizə uyğun gəlməyən güləşçi kim olub?
– 2016-cı ildəki Avropa çempionatında və Olimpiadada uduzduğum gürcü idmançısı Vladimir Xinçeqaşvili. O, məndən fiziki və texniki cəhətdən üstün deyil. Hər dəfə də qalib gəldiyim görüşdə ona uduzmuşam. Ona üç dəfə uduzmuşam.
Biri var rəqibinə 0:7, 0:10 uduzursan, başa düşürsən ki, bu adamla bacarmırsan. Amma bu güləşçiyə hər dəfə bir xalla uduzuram. Bir də rusiyalı güləşçilərlə görüşəndə çətinlik çəkirəm.
– Futbolla ciddi maraqlandığınızı, Portuqaliya millisinə Kriştianu Ronalduya görə azarkeşlik etdiyinizi bilirəm. Səni artıq “Real”lı yox, “Yuventus”lu saymaq olar?
– (gülür) İki-üç gün əvvəl məndən bu barədə soruşmuşdular. Dedim ki, artıq “Yuventus” azarkeşiyəm. Mən Ronalduya azarkeşlik edirəm. Uşaq olanda mən Andrey Şevçenkonun, qardaşım isə Ronaldinyonun azarkeşi idi. Evdə ya “Milan”, ya da “Barselona”nın şəkilləri olurdu.
Şevçenko “Çelsi”yə keçdikdən sonra ev doldu bu komandanın şəkilləri ilə. Bu, nə sevdadırsa, bilmirəm, Şevçenko karyerasını bitirdikdən sonra Ronaldu azarkeşi oldum. Ronaldu karyerasını bitirdikdən sonra kimə azarkeşlik edəcəyimi bilmirəm.
Görək, onun yerini kim verəcək... Ad günümdə görüm, kim mənə arxasına Ronaldu sözü yazılmış “Yuventus” forması bağışlayacaq?! Formanın orijinal olub-olmaması önəm kəsb etmir, əsas diqqətdir.
//Oxu.az