-
- 9-07-2024, 22:20
- 257
Güclü yağış: Evləri və iş yerlərini su basdı
Kastamonuda günorta saatlarında güclü leysan yağıb.
News24.az xəbər verir ki, Tosya rayon mərkəzində yağış səbəbindən küçələr gölə çevrilib. Yağışa tutulanlar eyvan altında, avtobus dayanacaqları kimi qapalı ərazilərə sığındılar.
Bəzi ev və iş yerlərində daşqınlar baş verib.
Tosya Bələdiyyəsi qrupları sellərə qarşı iş başladıb.
Günel Məlikzadə