Qərb bölgəsinə güclü yağış yağır
    • 30-06-2023, 20:22
    • 251

Qərb bölgəsinə güclü yağış yağır

Gəncəyə küləklə müşahidə olan güclü yağış yağıb.

News24.az​​​-ın məlumatına görə, bu gün saat 19:30 radələrində güclü yağış yağıb. Nəticədə bir neçə küçəyə sel gəlib, bəzi küçələrdə avtomobillərin və insanların hərəkətində çətinliklər yaranıb. Hazırda yağışın yağması davam edir.

Qeyd edək ki Qərb bölgəsini əhatə edən rayonlarda yağışlı hava şəraiti davam edir.