Türkiyə sahillərində 7 miqrantın meyiti tapıldı
    • 9-07-2024, 18:52
    • 193

Türkiyə sahillərində 7 miqrantın meyiti tapıldı


Türkiyənin İzmir şəhərindəki Çeşmə bölgəsi sahillərində 19 qanunsuz miqrant xilas edilib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib.

O bildirib ki, həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində həmçinin 7 qanunsuz miqrantın meyiti aşkarlanıb.

Sağ tapılan qanunsuz miqrantların durumlarının normal olduğu bildirilir.