-
- 10-07-2024, 23:10
- 696
OPEC-in gündəlik neft hasilatı azaldı
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı iyun ayında əvvəlki ayla müqayisədə gündəlik 80 min barrel azalaraq 26 milyon 566 min barrelə düşüb.
News24.az xəbər verir ki, OPEK-in aylıq neft bazarı hesabatına görə, xam neft hasilatı iyun ayında Səudiyyə Ərəbistanında ən çox azalarkən, gündəlik hasilat ən çox Liviya və Venesuelada artıb.
Qrupun ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanında hasilat gündəlik 76 min barrel azalıb. Eyni dövrdə gündəlik hasilat Liviyada 24 min barel, Venesuelada isə 21 min barel artıb.
Qeyd edək ki, OPEC-in xam neft hasilatı iyunda əvvəlki ayla müqayisədə gündəlik 80 min barrel azalaraq 26 milyon 566 min barrelə düşüb.
Bu dövrdə OPEC və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun gündəlik ümumi xam neft hasilatı əvvəlki ayla müqayisədə 125 min barrel azalaraq 40 milyon 801 min barel olaraq qeydə alınıb.
Günel mƏLİKZADƏ