NATO Sammiti: Ərdoğandan 3 kritik görüş
    • 11-07-2024, 09:54
    • 200

NATO Sammiti: Ərdoğandan 3 kritik görüş

Türkiyə Prezidenti Ərdoğan NATO dövlət və hökumət başçıları sammitində iştirak etmək üçün gəldiyi ABŞ-ın paytaxtı Vaşinqtonda təmaslarını davam etdirir.

News24.az xəbər verir ki,  Ərdoğan sammitin keçirildiyi Walter E. Konqres Mərkəzində Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ilə görüşüb.

Görüşdə xarici işlər naziri Hakan Fidan və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç iştirak edib.

Qeyd edək ki, Türkiyə-Yunanıstan ikitərəfli münasibətləri, regional və qlobal məsələlərin müzakirə edildiyi görüşdə Ərdoğan Türkiyənin Yunanıstanla mehriban qonşuluq prinsipi əsasında həmrəylik ruhunu inkişaf etdirmək üçün səylərini davam etdirdiyini,  bunun getdikcə daha da artacağını bildirib.

Prezident Ərdoğan həmçinin, Ukrayna və Fələstindəki qarşıdurmaların sona çatması üçün müsbət səylərin artırılması lazım olduğunu və bu coğrafiyalarda sülhün hökm sürməsi üçün bütün region ölkələrinin çalışmasının faydalı olacağını bildirib.

ƏRDOĞAN-MELONİ GÖRÜŞÜŞÜ

Prezident Ərdoğan sammitin keçirildiyi Walter E. Konqres Mərkəzində İtaliyanın Baş naziri Meloni ilə də görüşüb.

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, iki lider Türkiyə-İtaliya münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Görüşdə Ərdoğan atılacaq addımlarla iki ölkə arasında əlaqələrin inkişaf etməyə davam edəcəyini və bunun üçün çalışmağa davam edəcəklərini bildirib.

Prezident Ərdoğan Türkiyənin bölgədəki gərginliyi sülh yolu ilə sona çatdırmaq üçün əlindən gələni etdiyini və bütün dövlətlərin buna nail olmaq üçün səy göstərdiyini bildirib.

ƏRDOĞAN-Şolz GÖRÜŞÜŞÜ

Prezident Ərdoğan daha sonra Almaniya kansleri Olaf Şolz ilə görüşüb.

Günel Məlikzadə