-
- 26-06-2024, 21:40
- 364
Hakan Fidan Sikorksi ilə görüşdü
Türkiyə xarici işlər naziri Hakan Fidan Polşanın paytaxtı Varşavada polşalı həmkarı Radoslav Sikorski ilə görüşüb.
News24.az xəbər verir ki, nazirliyin X sosial media hesabında edilən paylaşımda iki nazirin Türkiyə-Polşa-Rumıniya Üçlü Əməkdaşlıq Prosesi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində görüş keçirdiyi bildirilib.
Daha sonra üç nazir Rumıniyanın xarici işlər naziri Luminita Odobeskunun iştirakı ilə birgə mətbuat konfransı keçirəcək.
Üçtərəfli görüşdə iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun Dövlət və Hökumət Başçıları Sammitinə hazırlıq, NATO sərhədlərində mövcud təhlükəsizlik vəziyyəti, üç ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə ediləcək.
Qeyd edək ki, görüşdə Rusiya-Ukrayna müharibəsi və İsrailin Qəzzaya hücumları ilə bağlı fikir mübadiləsi aparılacağı da gözlənilir.
Günel Məlikzadə