Ermənistanda hərbi hissəyə hücum edildi
    • 11-07-2024, 11:21
    • 164

Ermənistanda hərbi hissəyə hücum edildi

Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum edib.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, insident Müdafiə Nazirliyinin Sisiandakı hərbi hissələrindən birində baş verib. Keçid məntəqəsinin qapısında vətəndaşlar iki hərbçi ilə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar.

Bildirilib ki, üç yerli sakin Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunaraq həbs edilib.