Ermənistanda daha 10 zabitə cinayət işi açıldı
    • 3-11-2022, 19:57
    • 217

Ermənistanda daha 10 zabitə cinayət işi açıldı

Ermənistan ordusunun daha 10 hərbçisi 44 günlük müharibə zamanı döyüş mövqelərini qoyub qaçmaqda ittiham olunurlar.

News24.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi açıqlama yayıb.

İttihama görə, 2020-ci il oktyabrın 18-də hərbi hissələrdən birinin 2-ci atıcı batalyonun komandiri və bir sıra hərbçiləri hücum əmrini icra etməkdən boyun qaçırıblar.

Faktla bağlı toplanmış materiallar məhkəməyə verilməsi üçün prokurora göndərilib.