Odessada partlayışlar baş verdi
    • 11-07-2024, 12:48
    • 169

Odessada partlayışlar baş verdi

Odessada partlayışlar baş verib.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın "Mirror of the Week" nəşri Telegram kanalında məlumat yayıb.

Neçə partlayışın olduğu və şəhərin hansı ərazilərini əhatə etdiyi açıqlanmayıb. Obyektlərə dəyən ziyanla bağlı da hələki məlumat yoxdur. 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Odessa vilayətində kəşfiyyat aparan pilotsuz uçuş aparatının aşkar edildiyini bildirib.

Partlayışların Odessada səhər saat 9:30 radələrində eşidildiyi iddia edilib. Hadisə bölgədə həmin vaxt elan edilmiş hava hücumu xəbərdarlığı fonunda baş verib.

Məryəm İlhamqızı