Ronaldo ona görə karyerasını yekunlaşdırmaq istəmir - İnanılmaz səbəb
    • 11-07-2024, 20:23
    • 4 060

Ronaldo ona görə karyerasını yekunlaşdırmaq istəmir - İnanılmaz səbəb

Məşhur hücumçu Adrian Mutu Kriştiano Ronaldonun daha bir neçə il futbol oynamağa davam edəcəyini iddia edib.

News24.az Metbuat.az-a istinadən xəbər verir ki, Mutu, Ronaldonu futbolçu karyerasını davam etdirməyə həvəsləndirən səbəbi də açıqlayıb. Rumıniya mətbuatından “IAM Sport”a danışan Mutu, Ronaldo ilə Səudiyyə Ərəbistanında görüşmək fürsəti əldə etdiyini bildirib. Mutunun sözlərinə görə, portuqaliyalı futbolçu karyerasını yekunlaşdırmazdan əvvəl oğlu Kriştiano Jr ilə eyni komandada oynamaq istəyir.

Bu məqsədin Ronaldonu futbol oynamağa sövq etdiyini vurğulayan rumıniyalı futbolçu, "Bu onun əsl motivasiyasıdır. O, oğlu ilə rəsmi matç oynamaq istəyir və buna görə karyerasını yekunlaşdırmaq istəmir. Bu, “Əl-Nəsr”də mümkündür” deyə bildirib.