Ronaldonu təcavüzdə günahlandıran model 56 milyon təzminat istəyir
    • 29-04-2021, 13:16
    • 544

Ronaldonu təcavüzdə günahlandıran model 56 milyon təzminat istəyir

Məşhur futbolçu Kristiano Ronaldonu təcavüzdə günahlandıran keçmiş model Katrin Mayorqa ondan 56,5 milyon funt sterlinq (79 milyon dollar) təzminat almaq istəyir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, K.Mayorqa "keçmişdəki ağrı və əzab" üçün 18 milyon, "gələcəkdəki ağrı və acı" üçün 18 milyon və cərimə olaraq da 18 milyon funt sterlinq almağı planlayır. Bu məbləğə 2,5 milyonluq məhkəmə və vəkil haqları əlavə edilib.

Qeyd edək ki, Katrin Mayorqa bundan əvvəl Kristiano Ronaldonun onu 2009-cu ildə Las Veqasda təcavüz etdiyini iddia edib. Futbolçu isə onun  iddiasını qətiyyətlə inkar edib.

2010-cu ildə K.Ronaldo tərəfindən Mayorqaya 375 min dollar ödənilib.

Məhkəmədən kənar razılaşmanın şərtlərinə görə, tərəflər təfərrüatları açıqlamamağa razılaşıblar.