SON DƏQİQƏ! Zəngəzurda 2 erməni hərbçi öldü
    • 11-07-2024, 13:28
    • 546

SON DƏQİQƏ! Zəngəzurda 2 erməni hərbçi öldü

Zəngəzurda tərxis olunmuş erməni hərbçilərini daşıyan maşın aşıb. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

News24.az bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir. 

Ermənistan Daxili İşlər nazirinin müavini Narek Sərkisyanın verdiyi məlumata görə, maşının aşması nəticəsində sürücü və digər hərbçilərdən biri ölüb, digər 3 hərbçi yaralanıb. 

Bildirilib ki, hadisə Sünikin Qorayk rayonunda baş verib. 

Qəza ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. //musavat.com