Aktyor avtomobilində ÖLÜ TAPILDI
    • 11-07-2024, 13:58
    • 320

Aktyor avtomobilində ÖLÜ TAPILDI

Tipik bir amerikalı ailənin evində yaşayan yadplanetlinin hekayəsindən bəhs edən, 80-ci illərin  komediya serialı "Alf"-da ailənin kiçik uşağı Brayan Tanner rolunu oynayan Benji Qreqori avtomobilində ölü tapılıb.

News24.az xəbər verir ki, 46 yaşlı keçmiş aktyor serialdan sonra daha bir neçə il karyerasını davam etdirib, sonra isə ABŞ Hərbi Dəniz Qüvvələrinə qoşulub.

Qriqorinin ölüm xəbərini bacısı Rebekka Pfaffinger açıqlayıb. Ölümün səbəbi açıqlanmayıb.

Polisin hesabatlarında Qreqori və ona kömək edən iti Hansın Peoriyada bir bankın dayanacağında avtomobildə ölü tapıldığı barədə məlumatlar var.

İddialara görə, Qreqori avtomobilin içərisində yuxuya gedib və istidən ölüb.

Məryəm İlhamqızı