-
- 8-01-2021, 11:42
- 461
"Pfizer" peyvəndi vurduran həkim 16 gün sonra öldü
Amerikalı həkim Qreqori Maykl "Pfizer" şirkətinin peyvəndini vurdurduqdan 16 gün sonra vəfat edib.
News24.az "Daily Mail"ə istinadən xəbər verir ki, 56 yaşlı həkimin ölümündən həyat yoldaşı danışıb. Onun sözlərinə görə, Maykl 18 dekabrda peyvənd olunub və yaşanan hadisənin ancaq peyvəndə görə baş verdiyini deyib.
O bildirib ki, sağlamlıq müayinəsi zamanı kişidə heç bir xəstəlik aşkar edilməyib. Həmçinin o, siqaret çəkməyib və alkoqoldan sui-istifadə etməyib.
Peyvənddən üç gün sonra həkimin qollarında və ayaqlarında qırmızı ləkələr əmələ gəlib və müayinədə kəskin trombosit çatışmazlığı aşkar edilib.
Həkimlər xəstəyə idiopatik trombositopenik purpura diaqnozu qoyub. Bu xəstəlik zamanı bədən trombositləri yad cisimlər kimi tanıyır və dalağın onları məhv etməsi üçün siqnal verir.
3 yanvar tarixində isə Qreqori Maykl beyin qanamasından ölüb.