-
- 11-07-2024, 14:09
- 396
Kolumbiya Amerika Kubokunun finalında
Amerika Kubokunun yarımfinal matçında Kolumbiya 39-cu dəqiqədə Lermanın qolu ilə Uruqvayı 1-0 məğlub edərək finala yüksəlib.
News24.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Davinson Sançesin də çıxış etdiyi Kolumbiya matçın ikinci yarısında 10 nəfər olmasına baxmayaraq, hesabı qoruyub saxlaya bilib.
Argentina və Kolumbiya arasında Amerika kubokunun finalı iyulun 15-i, bazar ertəsi saat 04:00-da başlayacaq.
Qeyd edək ki, finala bir gün qalmış üçüncü yer uğrunda görüşdə Uruqvay Kanada ilə qarşılaşacaq.
Günel Məlikzadə