Azərbaycanlının idarə etdiyi gəmi Qara dənizdə ələ keçirildi
    • 11-07-2024, 14:59
    • 276

Azərbaycanlının idarə etdiyi gəmi Qara dənizdə ələ keçirildi

Ukrayna Təhlükəsizlik Xidməti Qara dənizdə Krımdan Ukrayna taxılını daşıyan gəmini ələ keçiriblər.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, Ukrayna əks-kəşfiyyatı gəminin Rusiyanın sifarişi ilə taxılı daşıdığını açıqlayıb. Gəmi Mərkəzi Afrika ölkələrindən birinin bayrağı altında üzüb və taxılı Yaxın Şərqə aparmaq istəyib.

Ələ keçirilən gəminin kapitanının azərbaycanlı olduğu iddia edilib. Onun şəxsiyyəti açıqlanmır. Gəminin digər 12 nəfərlik heyəti də əcnəbilərdən ibarət olub.