ABŞ 6,7 milyard dollar təzminat cəzasına məhkum edildi
    • 11-07-2024, 21:50
    • 183

ABŞ 6,7 milyard dollar təzminat cəzasına məhkum edildi

İranın ədliyyə sisteminə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Tehran Beynəlxalq Hüquq Məhkəməsi xalq arasında kəpənək xəstəliyi kimi tanınan EB xəstələri və onların ailələrinin açdığı işdə ABŞ hökumətinin maddi, mənəvi və cəza təzminatının ödənilməsinə qərar verib. 

News24.az-ın məlumatına görə, qərarda qeyd olunub ki, ABŞ hökumətinin birtərəfli sanksiyaları səbəbindən ABŞ və Avropa şirkətləri xəstəliyin müalicəsi üçün lazım olan tibbi məhsulların İrana satışını dayandırıb.

Xatırladaq ki, dünyada yeganə müalicəvi sarğı istehsalçısı sayılan və kəpənək xəstələrinin yaralarını sağaldan İsveçin “Mölnlycke” şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın ölkəsini nüvə sazişindən çıxarmasından, ölkəsinə qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra İranla bütün əməliyyatları dayandırıb. İran, bu qərardan 8 ay sonra İranda EB xəstələrinin 20%-nin öldüyü ifadə edilib.

Sağ qalanların ehtiyac duyduqları materialları əldə edə bilmədikləri üçün çox əziyyət çəkdikləri bildirilib.

Həmçinin qeyd olunub ki, İranın bu xəstələri avadanlıq və dərmanla təmin etmək cəhdləri ABŞ tərəfindən əngəllənib.

2022-ci ildə xəstələrin ailələrinin ABŞ və onun səlahiyyətlilərinə qarşı açdığı iddia nəticəsində ABŞ xəstələrə və onların ailələrinə ödənilməli olan 6 milyard 785 milyon dollar maddi, mənəvi və cəza təzminatına məhkum edilib.

Günel Məlikzadə