İspaniya - İngiltərə finalını Fransua Leteksier idarə edəcək
    • 11-07-2024, 22:00
    • 324

İspaniya - İngiltərə finalını Fransua Leteksier idarə edəcək

İspaniya və İngiltərə AVRO-2024-ün finalında iyulun 14-də Berlin Olimpiya Stadionunda üz-üzə gələcək.

News24.az xəbər verir ki, 23.00-da başlayacaq bu matçda fit çalacaq hakim də bəlli olub. 

UEFA Hakimlər Komitəsi final matçını fransalı Fransua Leteksierin idarə edəcəyini açıqlayıb. Letexierin köməkçiləri Siril Mugnier və Mehdi Rahmouni olacaq.

Polşalı hakim Şimon Marçiniak isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Günel Məlikzadə