-
- 11-07-2024, 22:30
- 422
Sərvət Yardımcı namizədliyini geri götürdü
TFF prezidentliyə namizəd Sərvət Yardımcı namizədliyini geri götürdüyünü açıqlayıb.
News24.az xəbər verir ki, TFF prezidentliyinə namizədliyindən imtina edən deputat, UEFA İcraiyyə Şurasının üzvü və UEFA Avropa Milli Federasiyalar Komitəsinin sədri vəzifələrindən də geri çəkildiyini bildirib.
Millət vəkilinin geri çəkilməsi ilə İbrahim Hacıosmanoğlu və Mehmet Büyükekşi TFF prezidentliyi uğrunda mübarizə aparacaq.
Günel Məlikzadə