Silahlı dava: Ölən var
    • 11-07-2024, 23:10
    • 773

Silahlı dava: Ölən var

Türkiyədə dava zamanı güllələnən Mert Kutluer aparıldığı xəstəxanada dünyasını dəyişib.

News24.az xəbər verir ki, Mert Kutluer (25) iş yerinin qarşısında market sahibi qonşusu S.A. ilə naməlum səbəbdən mübahisə etməyə başlayıb.

S.A-nın dostları da mübahisəyə qoşulandan sonra müzakirə qısa zamanda davaya çevrilib.

Dava zamanı daşlar atılıb, Kutluerə məxsus elektrik materialları satan mağazanın pəncərəsi sındırılıb.

Dava etmək üçün yenidən iş yerindən çölə çıxan Kutluer mübahisə etdiyi şəxslərdən birinin atəş açması nəticəsində yaralanıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Həkimlər tərəfindən xəstəxanaya aparılan Kutluerin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Polis şübhəliləri axtarır.


Günel Məlikzadə