Baydendən kobud səhv: Zelenskiyə Putin dedi
    • 12-07-2024, 09:00
    • 276

Baydendən kobud səhv: Zelenskiyə Putin dedi

ABŞ prezidenti Co Bayden Vaşinqtonda keçirilən NATO Sammiti zamanı yeni səhvə yol verib. 

News24.az xəbər verir ki, yanında gözləyən Ukrayna prezidenti Vladimir Zelenskini "Xanımlar və cənablar, Prezident Putin" sözləri ilə təqdim edən Bayden səhvini tez anlayıb və "Prezident Putin? Prezident Zelenski! Mən Putini məğlub etməyə çox köklənmişəm" deyib.

Onun son kobud səhvinin noyabrda keçiriləcək prezident seçkiləri öncəsi namizədlikdən geri çəkilmək təzyiqi ilə üzləşən Baydeni yaşına görə çətin vəziyyətə sala biləcəyi ilə bağlı şərhlər edilib.

Günel Məlikzadə