“Putini dayandırmaq olar, bunun üçün...” - Bayden
    • 8-03-2024, 23:10
    • 283

“Putini dayandırmaq olar, bunun üçün...” - Bayden

ABŞ lazımi silahlarla təmin edəcəyi təqdirdə Ukrayna Rusiya Prezidenti Vladimir Putini dayandıra bilər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Linkoln və Vətəndaş Müharibəsindən bəri demokratiyaya indiki kimi zərbələr endirilməmişdi. Putin Rusiyası Ukraynanı işğal edir. Ukraynada dayanmayacaq. Ancaq Ukrayna Putini dayandıra bilər. Əgər onlara lazım olan silahları versək, Ukrayna Putini dayandıra bilər”, - ABŞ lideri qeyd edib.

Onun sözlərinə görə, Ukraynaya yardım dünya liderliyindən çəkilmək istəyənlər tərəfindən əngəllənir. Bayden ABŞ-nin eks-prezidenti Donald Trampın Putinə dəstəyinə diqqət çəkib.

“Mənim sələfim, keçmiş prezident Putinə deyir ki, nə istəyirsən et. Bunu sabiq prezident söyləyib. O, Rusiya liderini dəstəkləyir. Bu dəhşətlidir və qəbuledilməzdir”, - Bayden vurğulayıb.

Onun fikrincə, ABŞ Ukrayna, Avropa və bütün azad dünyanı riskə ata bilməz:

“Putinin çağırışına cavab verməliyik. Tarix bizi izləyir. Ukrayna, Avropa və bütün azad dünyanı riskə ata bilmərik. Mən Putinə çox sadə şeylər dedim: geri çəkilməyəcəyik”.

Bayden onu da əlavə edib ki, hazırda Ukraynada Amerika hərbçiləri yoxdur, bu, belə də davam edəcək.