Putin: Ukraynada atəşkəs elan etməyəcəyik
    • 5-07-2024, 12:37
    • 377

Putin: Ukraynada atəşkəs elan etməyəcəyik

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində açıqlama verib.

News24.az xəbər verir ki, çıxışının əvvəlində Ukrayna müharibəsinə toxunan Putin bildirib ki, danışıqlarla bağlı birbaşa Ukrayna parlamentinə müraciət etməyə ehtiyac yoxdur.

“Atəşkəs elan etməyəcəyik” deyən Putin, “Ukraynadan geri dönməz addımlar görməliyik. Bu addımlar olmadan atəşkəs mümkün deyil”, o əlavə edib.

Keçən ay verdiyi açıqlamada Putin bildirib ki, Kiyev NATO məqsədlərindən əl çəksə və Moskvanın iddia etdiyi dörd vilayətin hamısını təslim etsə, Rusiya Ukraynadakı müharibəni dayandıracaq.

Rusiya prezidenti çıxışına davam edərək deyib ki, Taliban “terrorla mübarizədə Rusiyanın müttəfiqidir”.

O, Bayden-Tramp debatını dəyərləndirərək, "Müzakirənin bəzi hissələrini gördüm, amma başqa işlərim var" deyib.

O, bəyan edib ki, ABŞ əsas dünya gücü olaraq qalır və Ukraynada müəyyən rollara malikdir.

O, ABŞ-da prezident seçkiləri kampaniyası zamanı Moskva ilə Vaşinqton arasında konstruktiv dialoqun mümkün olmadığını da bəyan edib.

Donald Trampın Ukraynadakı müharibəni tez bir zamanda bitirə biləcəyi ilə bağlı açıqlamalarına toxunan Putin, Trampın səmimi danışdığını və Rusiyanın onu ciddi qəbul etdiyini bildirib.

Rusiyanın noyabrda ABŞ-da seçkilərin nəticələrini gözləyəcəyini və yeni administrasiyanın nə edəcəyini görəcəyini söyləyən Putin, sözlərinə belə davam edib: 

“ABŞ-ın hərəkətləri üzərində düşünmək hüququmuzu özümüzdə saxlayırıq”.

Rusiya lideri əlavə edib ki, Rusiya orta mənzilli raketlər istehsal etməyə hazırdır.

Günel Məlikzadə