Bayden: Atəşkəs planı qəbul edilib
    • 12-07-2024, 10:26
    • 282

Bayden: Atəşkəs planı qəbul edilib

Bayden Vaşinqtonda 3 günlük NATO Sammitindən sonra mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, ABŞ-ın Qəzzada atəşkəsə nail olmaq və məhbusları geri qaytarmaq üçün aylardır çalışdığını ifadə edən Bayden, "6 həftə əvvəl irəli sürdüyüm təfərrüatlı plan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, G7, İsrail və Həmas tərəfindən qəbul edilib" deyib.

Co Bayden bunların mürəkkəb məsələlər olduğunu vurğulayaraq, hələ də bəzi çatışmazlıqların olduğunu, lakin irəliləyiş olduğunu bildirib.

"Gedişat müsbətdir. Mən buna nail olmaq və müharibəni bitirmək əzmindəyəm",- deyə Bayden vurğulayıb.

Bayden əvvəldən bölgədəki tərəflərlə təmasda olduğunu və Qəzzaya daha çox yardım, qida və dərman gətirmək üçün səy göstərdiyini müdafiə edib.

“İsrail bizimlə çox əməkdaşlıq etmədi” deyən Bayden, İsraildəki döyüş kabinetinin İsrail tarixində indiyə qədər gördüyü “ən mühafizəkar döyüş kabineti” olduğunu söyləyib.

Keçmişdə İsraili atəşkəsə razı sala bilmədiyinə görə təəssüfləndiyinə diqqət çəkən Bayden, "İndi bu müharibəni bitirmə vaxtıdır" dedi. fikrini bölüşdü.

Günel Məlikzadə