“İsrail üçün misli görünməmiş büdcə təqdim ediləcək” - Bayden
    • 20-10-2023, 11:50
    • 215

“İsrail üçün misli görünməmiş büdcə təqdim ediləcək” - Bayden

ABŞ prezidenti Co Bayden İsrail üçün misli görünməmiş bir büdcə təqdim edəcəklərini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bayden ABŞ Konqresindən tələb edəcəyi büdcənin İsrailin təhlükəsizliyinin təmin edilməsi üçün xərclənəcəyini ifadə edib.

"Bu, ağıllı bir sərmayədir. Nəsillər boyu Amerika təhlükəsizliyinə fayda verəcək" 

 “Bölgədəki digər düşmənlərin  İsrailin daha güclü olduğunu görmələrini və münaqişənin yayılmasının qarşısını almasını təmin edəcəyik”,-deyə o, çıxışını sonlandırıb.

Ülkər Abdurahmanlı