CNN-dən iddia: “Rusiyanın sui-qəsd planı iflasa uğradı”
    • 12-07-2024, 15:04
    • 280

CNN-dən iddia: “Rusiyanın sui-qəsd planı iflasa uğradı”

ABŞ kəşfiyyatı bu ilin əvvəlində Rusiya hökumətinin Ukrayna üçün artilleriya mərmiləri və hərbi maşınlar istehsal edən güclü alman silah istehsalçısının rəhbərini öldürməyi planlaşdırdığını açıqlayıb.

News24.az bildirir ki, CNN-in Amerika və Qərb mənbələrinə əsaslanaraq verdiyi xəbərlərdə, ABŞ kəşfiyyatının 2024-cü ilin əvvəlində Alman silah istehsalçısı Rheinmetall şirkətinin Baş İcraçı Direktoru (CEO) Armin Pappergeri hədəf alan sui-qəsdi öyrəndiyi və Alman səlahiyyətlilərinə xəbərdarlıq etdiyi iddia edilib.

Bu sui-qəsdin Ukraynanın müharibə səylərini dəstəkləyən bütün Avropada müdafiə sənayesi rəhbərlərini öldürmək üçün Rusiyanın planlarından biri olduğu düşünülür.

Qeyd edək ki, Almaniyanın ən böyük silah şirkətlərindən biri olan Rheinmetall, Ukrayna üçün mühüm silaha çevrilmiş 155 millimetrlik top mərmilərinin ən böyük istehsalçılarından biridir.

Məsələdən xəbəri olan mənbə iddia edib ki, şirkətin Ukraynada zirehli maşınlar fabriki açmaqla bağlı son planları Rusiyanı narahat edib.

Amerikalılar bu səydən xəbər tutanda Almaniyaya xəbər veriblər. Almaniya hökumətinin yüksək rütbəli rəsmisi təsdiqləyib ki, Berlin ABŞ tərəfindən sui-qəsdlə bağlı xəbərdarlıq edilib.

Günel Məlikzadə