-
- 25-05-2019, 12:12
- 1 420
Azərbaycanı silkələyən cinayətlə bağlı YENİ XƏBƏR – Vəzifəli şəxs nazirin qohumunu...
Bir neçə ay əvvəl Azərbaycanı silkələyən cinayət hadisəsi ilə bağlı ibtidai istintaq yekunlaşıb.
News24.az-ın məlumatına görə, “Buta Palace”nin art direktoru Ramiz Taxvelinin həyat yoldaşı Adelyanı çoxmərtəbəli binanın pəncərəsindən ataraq öldürməsi hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə açılan işin materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilk iclasını vaxtı hələlik açıqlanmayıb.
Ramiz Taxvelinin həyat yoldaşı Adelyanı amansızlıqla öldürməsi hadisəsi ilə bağlı istintaq zamanı onların qızı Aliya zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, dəhşətli cinayətin qurbanı olan Adelya Taxveli Gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur. 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır. O, “Atəşgah sığorta” şirkətində yüksək vəzifədə çalışırmış.
Gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan iki uşağı var. Cütlüyün toyunda nazir A. Rəhimov və ailəsi də iştirak edib.
Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova Tibb elmləri doktorudur. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir.
Sözügedən ailə bir müddət əvvəl medianın gündəminə mülklə bağlı gəlib. Adelyanın atası A. Namazov həyat yoldaşı (Adelyanın anası) Samirə Süleymanovadan şikayətçi olaraq hədə-qorxu ilə evinin əlindən alındığını bildirmişdi. Hətta tərəflər Səbail Məhkəməsində üz-üzə gəlmişdilər.
Qeyd edək ki, hadisə dünən saat 3 radələrində baş verib. “Buta Palace”nin art direktoru Ramiz Taxveli xanımı Adelya Taxvelini 5-ci mərtəbədən balkondan atıb. R.Taxveli narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.
Ramiz Pərviz oğlu Taxveli Azərbaycanın xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.