Sinem Kobaldan qızı Lalinlə yeni kadrlar
    • 12-07-2024, 21:10
    • 360

Sinem Kobaldan qızı Lalinlə yeni kadrlar

2016-cı ildə aktyor həmkarı Kənan İmirzalıoğlu ilə ailə quran Sinem Kobal 2020-ci ildə ilk qızı Lalini, 2022-ci ildə Leylanı dünyaya gətirib.

News24.az xəbər verir ki, uzun illər ekranlardan uzaq düşən Sinem Kobal indi sosial şəbəkələrdəki paylaşımları ilə adından söz etdirib.

Ara-sıra həyat yoldaşı və qızları ilə çəkdirdiyi fotoları izləyicilərinə təqdim edən məşhur aktrisa bir müddət əvvəl qızı Lalinlə kamera qarşısına keçib.

Qızının üzünü göstərməyə üstünlük verməyən Kobal "Yay" qeydi ilə paylaşımına minlərlə bəyənmə və şərh gəlib.

Ailəsi ilə birlikdə tətilin dadını çıxaran məşhur aktrisaya "Çox şirinsən", "Sinem və balaca Sinem", "Lalinin saç rəngi eynidir, anası ilə", "Saç eynidir" kimi şərhlər gəlib.

Günel Məlikzadə