Çiro İmmobile "Beşiktaş"la müqavilə bağlayacaq
    • 12-07-2024, 21:50
    • 280

Çiro İmmobile "Beşiktaş"la müqavilə bağlayacaq

"Beşiktaş" Çiro İmmobilenin transferi ilə xoşbəxt sonla bitib.

News24.az xəbər verir ki, ağ-qara komandanın rəsmən açıqlamağa hazırlaşdığı italyan ulduzun bu gün İstanbula gələcəyi gözlənilir.

Beşiktaş daha əvvəl Rafa Silva və Qabriel Paulista kimi ulduzları heyətinə qatıb.

Qeyd edək ki. "Beşiktaş"ın "Latsio"ya transfer əvəzi olaraq 2,5 milyon avro, İmmobileyə isə illik 6 milyon avro ödəyəcəyi iddia edilib.

Ötən mövsüm "Latsio"nun heyətində 43 matça çıxan İmmobile 11 qol vurub və 1 məhsuldar ötürmə edib.

Günel Məlikzadə