Qəzzada yoluxucu xəstəliklərə tutulanların sayı artdı
    • 13-07-2024, 22:14
    • 358

Qəzzada yoluxucu xəstəliklərə tutulanların sayı artdı

Qəzza sektorunda 71 min 338 nəfər viruslu hepatit xəstəliyinə yoluxub.

News24.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 1,7 milyon nəfər müxtəlif viruslara yoluxub, 350 min nəfər isə xroniki xəstəliklər səbəbindən həyati təhlükə ilə üzləşib.

Xəstəliyin geniş yayılmasına səbəb hərbi əməliyyatların səbəb olduğu ağır şərtlər çərçivəsində məcburi daxili miqrasiyanın genişlənməsidir.

Qeyd edək ki, vəziyyəti daha da gərginləşdirən əsas amil TSAXAL ordusunun bölgəyə dərman preparatlarının təchizatına imkan verməməsidir.