Qazlı və şəkərli içkilər diabet riski yaradır
    • 14-07-2024, 12:27
    • 497

Qazlı və şəkərli içkilər diabet riski yaradır


"Yay aylarında tez-tez qəbul edilən qazlı və şəkərli içkilər diabet riski yaradır".

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu türk diyetoloq Betül Merd deyib.

Onun sözlərinə görə, bu problemdən qaçmaq üçün meyvələri əzərək sadə mineral suyu ilə qarışdırmaq olar:

"Bununla da meyvəli su hazırlayırsınız. Lakin tərkibində şəkər olan meyvəli və qazlı içkilərdən uzaq durmaq lazımdır".

Suyun faydalarına diqqət çəkən mütəxəssis əlavə edib ki, hər saat başında bir stəkan su içmək məsləhət görülür.