Daha bir ölkədə əlverişsiz hava şəraiti can aldı
    • 14-07-2024, 17:49
    • 182

Daha bir ölkədə əlverişsiz hava şəraiti can aldı


Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, əlverişsiz hava şəraiti nəticəsində Belarus ərazisində 372, təkcə paytaxt Minskdə 70 ağac aşıb. Ölüm hadisələri ağacların aşması nəticəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşları bərpa işləri aparır.