Volqa əlverişsiz hava şəraiti davam edir - 9 ölü, 67 yaralı 
    • 30-07-2023, 09:52
    • 179

Volqa əlverişsiz hava şəraiti davam edir - 9 ölü, 67 yaralı 

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Volqa federal dairəsində əlverişsiz hava şəraiti nəticəsində 9 nəfər ölüb, 67 nəfər yaralanıb.

News24.az TASS-a istinadən xəbər verir ki, ərazidə elektrik enerjisinin kəsilməsi ilə 99 500 nəfər işıqsız qalıb. Külək 41 yaşayış binasının və 7 sosial obyektin dam örtüyünə ziyan vurub. 550 ağac kəsilib.

Hava proqnozuna görə, Volqa bölgələrində əlverişsiz hava şəraiti növbəti günlərdə də davam edəcək.

Günəş Mərd