Qaxda avtomobillər toqquşdu
    • 14-07-2024, 22:13
    • 222

Qaxda avtomobillər toqquşdu


Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qaxın Zəyəm kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Qax şəhər sakini 49 yaşlı Eldəniz Paşayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə Ağdaş rayon sakini 30 yaşlı Ruslan Ələsgərovun "VAZ-21015" markalı avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü və Eldəniz Paşayevin həyat yoldaşı 43 yaşlı Aynur Paşayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər üç yaralı təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata əsasən, yaralılar müayinə olunur, müalicələr təyin edilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanıb.