Nabranda yeniyetmə istirahət mərkəzinin hovuzunda boğulub
    • 14-07-2024, 22:25
    • 432

Nabranda yeniyetmə istirahət mərkəzinin hovuzunda boğulub


Nabran qəsəbəsində bədbəxt hadisə baş verib.

News24.az “Report”a istinadla xəbər verir ki, hadisə qəsəbənin ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, 13 yaşlı Həsənli Etibar Böyükağa oğlu istirahət mərkəzinin hovuzunda batıb.

Onun meyiti müayinə olunmaq üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır.