-
- 14-07-2024, 23:02
- 946
Ukrayna əhalisi 15 milyon nəfərə qədər AZALACAQ
Ukraynanın əhalisi 2100-cü ilə qədər 15,3 milyon nəfərə qədər azalacaq.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə BMT-nin “Dünya Əhali Prospektləri 2024” hesabatında məlumat yer alır.
Məlumatlar dünya ölkələrində demoqrafik göstəricilərə dair hesabat cədvəlində dərc olunub.
Bildirilib ki, 2020-ci ilə qədər Ukraynada 44 milyondan çox insan yaşayırdı.
BMT həmçinin hesab edir ki, 2084-cü ildə dünya əhalisi maksimum 10,3 milyard nəfərə çatacaq və sonra azalmağa başlayacaq.