AVRO 2024 çempionu İspaniya
    • 15-07-2024, 09:13
    • 480

AVRO 2024 çempionu İspaniya

İspaniya Almaniyanın ev sahibliyi etdiyi 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edərək kubokun sahibi olub.

News24.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən və ilk hissənin qolsuz bərabərliklə bitdiyi matçda 47-ci dəqiqədə Niko Uilyams, İspaniyaya çempionluq gətirən qolları isə Mikel Oyarzabal vurub.

İngiltərənin yeganə qolunu isə 73-cü dəqiqədə Koul Palmer vurub.

İspaniya rekordu qırıb

AVRO-2024-ün finalında İngiltərəni məğlub edən İspaniya 17-ci Avropa çempionatında 4-cü dəfə kubokun sahibi olub.

Bu turnirə qədər Almaniya ilə birlikdə 3 çempionluq qazanan və ən xoşbəxt sonluqla nəticələnən iki komandadan biri olan İspaniya 4-cü dəfə çempion olub. Beləlikə, Avropa Çempionatını ən çox qazanan komanda olub.

Qeyd edək ki, İspaniya 1964, 2008 və 2012-ci illərdə çempion olub, 1984-cü ildə isə ikinci olub.

Günel Məlikzadə