Avropa çempionatının finalı nə vaxt olacaq?
    • 10-07-2024, 23:50
    • 540

Avropa çempionatının finalı nə vaxt olacaq?

İspaniya 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) yarımfinal matçında Fransaya 2:1 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Fransanı mübarizədən kənarlaşdıraraq finala yüksələn İspaniya tarixində 4-cü Avropa çempionatına bir addım da yaxınlaşıb. 

News24.az xəbər verir ki, Avropa çempionatında yarımfinal oyunları iyulun 9-10-da keçirilir.

AVRO-2024-ün finalı iyulun 14-də Berlindəki Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, Fransanı mübarizədən kənarlaşdıraraq finala yüksələn İspaniya tarixində 4-cü Avropa çempionatına bir addım da yaxınlaşıb.

Turnirdə 3 çempionluqla ən xoşbəxt sona çatan 2 komandadan biri olan İspaniya 5-ci dəfə finalda adını qeyd edib. İspanlar 1964, 2008 və 2012-ci illərdə kuboku qazanıb, 1984-cü ildə isə ikinci olub.

Bildirək ki, İspaniya son 5 turnirdə üçüncü dəfə finalda çıxış edəcək.

Günel Məlikzadə