Qəhvənin xeyirləri - ƏTRAFLI
    • 15-07-2024, 12:06
    • 375

Qəhvənin xeyirləri - ƏTRAFLI

Gündə dörd fincana qədər qəhvə insult və infarkt riskini azalda bilər.

News24.az xəbər verir ki, bu barədə dietoloq Yelena Solomatina danışıb.

Araştırmalar göstərir ki, qəhvə qan damarlarında iltihabı yatırır, ürək-damar xəstəlikləri, otoskleroz, insult və infarkt riskini azaldır.

Fərdi dözümsüzlüyünüz varsa stress zamanı qəhvədən imtina etməlisiniz. O, həmçinin tireotoksikozlu insanların sağlamlığını pisləşdirə bilər. Bu isə qalxanabənzər vəzinin fəaliyyətinin artması deməkdir. Həkim ürək döyüntüsünün hətta taxikardiyaya qədər arta biləcəyini də vurğulayıb.

Dietoloq həmçinin, aqressiyaya meylli insanların kofeindən uzaq durmalı olduğunu bildirib. 

O, əlavə edib ki, acqarına qəhvə içmək olmaz, çünki bu, selikli qişaları qıcıqlandıracaq.

Məlumat üçün deyək ki, bundan əvvəl kardioloq Aşıxmin idarə olunan hipertoniya ilə qəhvədən imtina etmək lazım olmadığını və içkinin qan təzyiqinin yalnız qısa müddətli artmasına səbəb olduğunu qeyd etmişdi.

Məryəm İlhamqızı