Süni intellekt "qızıl yumurtladı"
    • 29-03-2024, 13:08
    • 660

Süni intellekt "qızıl yumurtladı"

Texnologiya şirkətləri süni intellekt (AI) sahəsində təcrübəsi olan proqram mühəndislərini işə götürmək üçün bir-biri ilə rəqabət aparır. Yarış gərginləşdikcə maaşlar da artır.

News24.az xəbər verir ki, bəzi şirkətlər mühəndislərə ən azı 1 milyon dollar və daha çox pul ödəməyə hazırdırlar. Maaşların yüksək olmasının səbəbi yaxşı süni intellekt mühəndislərinin tapılmasının çətinliyi ilə bağlıdır. Levels.fyi karyera xidmətləri platformasının məlumatına görə, süni intellekt mühəndislərinin illik əmək haqqı 280 min dollar civarındadır. Süni intellekt mühəndisi olmayanlar üçün orta əmək haqqı 190 min dollardır.

Süni intellekt və məlumatların saxlanması şirkəti olan Databricks-də işə götürülən başlanğıc səviyyəli proqram mühəndisinin maaşı, maaşından əlavə səhm seçimləri və bonuslarla 224 min dollara çata bilər.

OpenAI, ən məşhur süni intellekt ChatGPT söhbət botunu hazırlayan şirkətdir. Burada maaşlar, bonuslar və şirkətdəki kapital daxil olmaqla, ildə 925.000 dollar təşkil edir.

Günel Məlikzadə