NATO bu təklifdən imtina etdi: “İştirak etməyəcəyik”
    • 15-07-2024, 20:23
    • 134

NATO bu təklifdən imtina etdi: “İştirak etməyəcəyik”

NATO-nun baş katibi Yens Stoltenberq Polşanın Rusiya Silahlı Qüvvələrinin raketlərinin Ukrayna ərazisi üzərində vurulmasını təklif edən ideyasını rədd edib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, alyansın bu məsələdə siyasəti olduğu kimi qalacaq.

Ötən həftə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Polşa Ukrayna hava məkanında Rusiya raketlərinin vurulmasına imkan verəcək təşəbbüsü nəzərdən keçirir. Onun sözlərinə görə, ölkə “bu ideyanı araşdırmaq” istəyib, bundan sonra Varşava respublikanın üzərindən raketləri vurmağa hazır olacaq.

Ölkə rəhbərliyi müvafiq məsələni NATO-nun Vaşinqtonda keçirilən sammitində qaldırmaq istəyib.

Eyni zamanda, Sikorskinin bəyanatından bir neçə gün əvvəl ölkənin baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniak-Kamış Polşanın alyansın razılığı olmadan Ukrayna üzərində Rusiya raketlərini vurmayacağını bəyan edib.

O, həmçinin qeyd edib ki, NATO-da müvafiq konsensus yoxdur. Bundan əlavə, Kosinyak-Kamış Ağ Evin mövqeyini xatırladıb, o, münaqişənin genişlənməsini istəmədiyini dəfələrlə bəyan edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib ki, Vaşinqton Ukraynanın qərbi üzərində uçan raketlərin Polşa ərazisindən vurulması ideyasına şübhə ilə yanaşır.