-
- 25-01-2023, 09:39
- 243
Klinton, Buş və Obamadan məxfi sənədlərlə bağlı açıqlama
ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama əllərində olan bütün məxfi sənədləri Milli Arxivə təhvil verdiklərini bildiriblər.
News24.az CNN-ə istinadən xəbər verir ki, sabiq prezidentlər sözügedən açıqlamanı ABŞ lideri Co Bayden, keçmiş prezident Donald Tramp və vitse-prezident Mayk Pensində məxfi sənədlərin aşkarlanması fonunda ediblər.
Bildiirlib ki, eks-prezidentlərin evlərində və ya iş yerlərində axtarış aparılmır. Çünki onların Ağ Evin müəyyən qaydalarına əməl edikləri vurğulanıb.
“Prezident Klintonun bütün məxfi materialları Prezidentin Qeydiyyatları Aktına uyğun olaraq lazımi qaydada Milli Arxivə təhvil verilib”, - deyə Klintonun sözçüsü bildirib.
Buş və Obama qeyd ediblər ki, onların nümayəndələri həm məxfi, həm də məxfi olmayan materialları dövlətin sərəncamına veriblər. Obamanın ofisi bildirib ki, arxiv sənədlərihələ də saxlamağa davam edir.
Teymur MƏMMƏDOV