Lammy atəşkəs çağırışını təkrarladı
    • 15-07-2024, 21:20
    • 135

Lammy atəşkəs çağırışını təkrarladı

Britaniyanın yeni xarici işlər naziri David Lammy İsrail liderləri ilə görüşlərinin ikinci günündə İsrail-Həmas müharibəsində atəşkəs çağırışını təkrarlayıb.

News24.az xəbər verir ki, iyulun 4-də İngiltərədə keçirilən seçkilərdə İşçi Partiyasının böyük səs çoxluğu ilə qalib gəldiyindən sonra ilk Yaxın Şərq səfərinə çıxan Lammi dünən baş nazir Benyamin Netanyahu ilə görüşündə münaqişələrə son qoymağa çağırıb.

Rəsmilər, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa ilə də görüşən Lamminin hakimiyyətdə islahat tələb etdiyini söyləyib.

İsrail prezidenti İsaak Hersoqun ofisindən verilən açıqlamaya görə, Lammy Herzoq ilə bu gün keçirdiyi görüşdə "Ümid edirəm ki, tezliklə atəşkəs görəcəyik və Qəzzada gördüyümüz əzablara, dözülməz insan itkilərinə son qoyacağıq" dedi.

Lammy əlavə edib ki, Həmas oktyabrın 7-də əsir götürdüyü israilliləri azad etməlidir və "bir çox girov ailələrin və xalqların yaşadığı ağrı və iztirablardan çox xəbərdar olduğunu" bildirib.

Hersoq deyib ki, İsrail üçün əsas məsələ hələ də Qəzzada "həyatları həqiqətən qorxunc şəraitdə təhlükə altında olan" 100-dən çox girovdur.

"Biz onları çıxarmaq üçün yorulmadan çalışırıq. Ümid edirəm ki, tezliklə girov müqaviləsi bağlanacaq, bu, çox mühüm addımdır", - İsrail prezidenti deyib.

Günel Məlikzadə