Xeyli miqdarda valyuta qaçaqmalçılığı BAŞ VERDİ
    • 15-07-2024, 16:53
    • 185

Xeyli miqdarda valyuta qaçaqmalçılığı BAŞ VERDİ

Rusiyada yanvar-iyun aylarının nəticələrinə əsasən Federal Gömrük Xidməti 922,4 milyon rubl məbləğində nağd valyutanın qaçaqmalçılığı ilə bağlı 5 449 fakt müəyyən edib.

News24.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə valyutanın qeyri-qanuni daşınması cəhdlərinin sayı azalıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin birinci yarısında Federal Gömrük Xidməti 911,4 milyon rubl üçün 5915 belə hal müəyyən edib.

Qaçaqmalçıların əsas məqsədi ölkədən dollar, avro və rubl çıxarmaqdır. Valyuta üçün ən çox istifadə edilən istiqamətlər Türkiyə, BƏƏ və Azərbaycan olub.

Məryəm İlhamqızı