-
- 15-07-2024, 22:48
- 446
Narahat yuxular və kabuslar ciddi beyin xəstəliklərinə səbəb olur
London İmperial Kolleci MD Abidemi Otayku və həmkarları narahat edici yuxuların parkinson xəstəliyi olmayan insanlarda koqnitiv geriləmə və demensiya ilə əlaqəli olub-olmadığını araşdırıblar.
News24.az Publika.az-a istinadla xəbər verir ki, araşdırmaya görə, orta yaşlı və yaşlı insanlarda narahat yuxular gələcək koqnitiv geriləmə, inkişaf riskinin daha yüksək olduğunu göstərə bilər.
Təcrübə prosesində 13 ildən çox izlənilən 605 orta yaşlı xəstə, həmçinin yeddi ildən çox izlənilən 2600 yaşlı insan iştirak edib.
Tədqiqatçılar tədqiqatın əvvəlində narahat edici yuxular görmədiyini bildirən orta yaşlı xəstələrlə müqayisədə, həftəlik narahat edici yuxular görənlərin idrak qabiliyyətinin azalması ehtimalının dörd dəfə daha çox olduğunu aşkar ediblər. Bundan başqa, yaşlı şəxslərdə demans inkişaf riskinin üstünlüyünün şahidi olublar.
Mütəxəssislər qeyd edib ki, gecə qorxularının bir çox beyin xəstəlikləri və digər patologiyalarla çox güclü əlaqəsi var.