-
- 15-07-2024, 23:03
- 360
"Zirə"nin rəqibi növbəti transferini reallaşdırıb
"Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) növbəti transferini reallaşdırıb.
News24.az "Report"a istinadən xəbər verir ki, Moldova təmsilçisi Gideon Uçe Qudladla anlaşıb.
19 yaşlı nigeriyalı yarımmüdafiəçi İsrailin "Makkabi" (Petah-Tıkva) klubundan transfer olunub.
Qeyd edək ki, komandalar arasında Moldovada baş tutan ilk görüşdə "Zirə" 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması iyulun 18-də “Dalğa Arena”da keçiriləcək.