-
- 16-07-2024, 11:03
- 2 257
“Apatiya”dan imtina edirəm” - Qalmaqal böyüyür
Aktyor Hikmət Rəhimov rejissorluğunu etdiyi " “Apatiya-2” filminin çəkilişləri zamanı qalmaqal yaşanıb.
Filmdə rol alan rol alan aktrisa Sanura Cəfərova sosial media hesabında H.Rəhimovu onun və digər işçilərin qonorarını ödəməməkdə ittiham edib:
"Rejissor" Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni buraya işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni, 22 iyula qədər).
Əgər sənin "Apatiya 2" filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver! vaxt getdi".
Filminn ssenari müəllifi Elvin Paşa da sosial media hesabında ssenaridən imtina etdiyini qeyd edib:
“ “Apatiya-2” filminin ssenari müəllifi olaraq ssenaridən imtina edirəm. Mənim üçün aydın oldu və bitdi”.