Ebeko vulkanı kül püskürdü
    • 16-07-2024, 12:16
    • 93

Ebeko vulkanı kül püskürdü

Ebeko vulkanında böyük kül püskürməsi qeydə alınıb.

News24.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun verdiyi məlumata görə, partlayışlar Ebeko vulkanının külünü dəniz səviyyəsindən 2 km yuxarı qaldırıb və kül şleyfi vulkandan 3 km şərqə uzanıb.

Onlar qeyd ediblər ki, vulkanın fəaliyyəti yerli hava nəqliyyatı üçün təhlükəlidir.

Məryəm İlhamqızı